Bakıda II qrup əlil qadın özünü öldürüb

Bakıda II qrup əlil qadın özünü öldürüb

16 İyul 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.Qəsəbə ərazisində yerləşən bağ evlərindən birində yaşayan, 1951-ci il təvəllüdlü Aybəniz Əliyeva özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Prokurorluqdan həmçinin bildirilib ki, A.Əliyeva ikinci qrup əlil olub.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.