
Ermənilər Goranboy istiqamətində atəşkəsi pozublar
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düsmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər