Xaçmazda iki maşın toqquşub, yaralılar var

Xaçmazda iki maşın toqquşub, yaralılar var

16 İyul 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ağır yol qəzası baş verib.Xaçmaz Rayon Polis İdarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Məmmədəli oğlu Sultanovun idarə etdiyi " 10-RO-647" dövlət nömrə nişanlı "QAZ 33-021" markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məmmədəli İbrahim oğlu Məmmədovun idarə etdiyi "10-RP-711 dövlət nömrə nişanlı " İnfiniti" markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlar yanıb.Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə gətirilir.

O.M.