
Şəmkirdə faciəli hadisə baş verib
Şəmkir rayonunda faciəli hadisə baş verib. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, iyulun 13-də saat 18.00 radələrində Şəmkir rayonunun Keçili kəndi ərazisindəki əkin sahəsində Gədəbəy rayon sakini Qüdrət Alməmmədova məxsus "ZiL" markalı avtomaşına ot yükləyən Təzəkənd kənd sakini Vüsal Həsənovu elektrik cərəyanı vurub. Cərəyan vurması nəticəsində yanğın baş verib. Avtomaşının yanar konstruksiyaları, yük yerinə yığılmış ot, habelə 3 hektar sahədə kol-kos yanıb. Vüsal Həsənov xəstəxanaya yerləşdirilib.
O.M.
Digər xəbərlər