Azərbaycanda hərbi komissar həbs edildi

Azərbaycanda hərbi komissar həbs edildi

15 İyul 2013 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılov həbs edilib. Lent.az-ın məlumatına görə, A.İsmayılov barəsində cinayət işi başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumatı təsdiqləyiblər. Qeyd edək ki, A.İsmayılovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun hazırda həbsdə olan Natiq adlı sürücüsünün işi ilə bağlı həbs edilməsi haqqında KİV-də müxtəlif məlumatlar yayılıb.

O.M.