Azərbaycanda yaşamaq istəyən dilmizi öyrənməli olacaq

Azərbaycanda yaşamaq istəyən dilmizi öyrənməli olacaq

15 İyul 2013 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 1-dən Azərbaycan ölkədə daimi yaşayış hüququ almaq istəyən əcnəbilər üçün dövlət dilindən məcburi imtahan tətbiq edir. Oxumeni.az Fineko/abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Əlsgərov bildirib.Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə ölkədə daimi yaşayış hüququ almaq istəyən əcnəbilər dövlət dilindən imtahan verməli olacaqlar. İmtahanın keçirilməsi üçün Dövlət Miqrasiya Xidməti, həmçinin ədliyyə və təhsil nazirliklərinin nümayəndələrindən ibarət birgə komissiya yaradılacaq və bu komissiya müəyyən edilmiş qaydalar, tələblər əsasında fəaliyyət göstərəcək" – deyə, F.Ələsgərov bildirib. Onun sözlərinə görə, əvvəllər verilən mühacir statusu indi daimi yaşayış haqqında icazə ilə əvəz olunur. Bu zaman müvəqqəti yaşamaq üçün icazənin müddəti 1 ilədək, ölkə iqtisadiyyatına 500 min manat sərmayə yatırdıqda isə 3 ilədək artırılır. Miqrasiya Məcəlləsi 2013-cü il avqustun 1-dən qüvvəyə minir.

O.M.