4-cü mərtəbədən yıxılan uşaq öldü

4-cü mərtəbədən yıxılan uşaq öldü

13 İyul 2013 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
O, xəstəxanada keçinib

Bakıda 2 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ramal Natiq oğlu Rəsulov yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb. R. Rəsulov Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

O.M.