
40 dərəcəlik istilər gəlir
Dəniz suyunun temperaturu 24-26 dərəcə olacaq
İyulun 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
O.M.
Digər xəbərlər