Bu günün "havası"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verdiyi məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, aprelin 4-dən 5-nə
keçən gecə isə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim
cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
O.M.
Digər xəbərlər