Azərbaycanlılar və türklər birgə hərbi təlim keçirəcəklər

Azərbaycanlılar və türklər birgə hərbi təlim keçirəcəklər

12 İyul 2013 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Abdulla Gül bu işə razılıq verib.

Türkiyə prezidenti Abdulla Gül "Türkiyə və Azərbaycan hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu"nu təsdiq edib.

Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəmi Qazete"si yazıb.

Məlumata görə, sənəd iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən öhdəlikləri əhatə edir.

Memorandumu bu il iyunun 4-də Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Türkiyə tərəfdən isə Quru Qoşunlarının təlim şöbəsinin müdiri, polkovnik Cumhur Erentürk imzalayıb.

O.M.