Xəzər sahilində 10 yaşlı qız uşağının çürümüş meyiti tapılıb

Xəzər sahilində 10 yaşlı qız uşağının çürümüş meyiti tapılıb

12 İyul 2013 13:39
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Xaçmazda yaşanıb

Xəzər dənizinin Azərbaycan ərazisində çürümüş qız meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xəzər dənizinin Xaçmaz rayonuna düşən sahilində qeydə alınıb.İyulun 11-də Xaçmaz rayonunun Turist kəndi ərazisində, Xəzər dənizinin sahilində bədəninin bir hissəsi çürüməyə məruz qalmış 10-15 yaşlı qız uşağının meyiti aşkar edilib. Hadisə yerinə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları çıxıb.Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

O.M.