Dəhşətli qəza: 1 ölü, 1 yaralı

Dəhşətli qəza: 1 ölü, 1 yaralı

12 İyul 2013 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax-Zaqatala-Gürcüstan maqistral yolunun 96-cı kilometrliyində, Qaxın Qorağan kəndi ərazisində dəhşətli yol qəzası baş verib. "Kanal S" xəbər verir ki, Zərdab rayon sakini, 1978-ci il təvəllüdlü Hacızadə Kamal Teyyub oğlu 63 BD 610 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobil alışaraq yanıb. Hadisə yerinə Qax yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Avtomobildə olan sərnişin İsmayılov Rauf Kamal oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü Hacızadə Kamal isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

O.M.