Bakıda baş verən atışmada yaralanan şəxsləri hadisə yerindən qaçıran sürücü saxlanıb

Bakıda baş verən atışmada yaralanan şəxsləri hadisə yerindən qaçıran sürücü saxlanıb

12 İyul 2013 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakıda baş verən silahlı insident zamanı yaralı şəxsləri qaçıran avtomobil polis tərəfindən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən verilən məlumata görə, yaralıları hadisə yerindən 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov idarə etdiyi 90 NU 455 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobillə hadisə yerində uzaqlaşdırıb.Hazırda A. Baxışovun ifadəsi alınır. İstintaq sirri olduğundan hadisə barədə digər məlumatlar hələlik açıqlanmır.

*** Qeyd edək ki, Bakıda silahlı insident olub. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən Apa-ya verilən məlumata görə, hadisə dünən saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində, "Ağ Çiçəyim" şadlıq evinin yaxınlığında qeydə alınıb. Ərazidə atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə polis əməkdaşları çıxıb. Ərazidə olan şəxslərin ifadəsi alınıb.

Həmin ifadələr əsasında məlum olub ki, həmin ərazidə silah səsləri eşidiləndən sonra iki nəfər yaralı naməlum avtomobilə əyləşərək qaçıb.Hazırda polis paytaxtın bütün xəstəxanalarında araşdırma aparır. Yaralılar tapılandan sonra hadisənin baş vermə səbəbləri aydın olacaq.Yasamal Rayon Prokurorluğundan isə bildirilib ki, "Ağ Çiçəyim" şadlıq evinin yaxınlığında silahlı insident olması barədə onlara polisdən məlumat daxil olub: "Daxil olan məlumat əsasında əməkdaşlarımız əraziyə çıxıblar. Lakin hələlik hadisə barədə əlavə məlumat yoxdur".Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, "Ağ Çiçəyim" şadlıq evinin qarşısına çağırış olub: "Çağırış yerinə gedən həkim briqadası iki yaralını görüb. Lakin onlar çağırışdan imtina edərək başqa avtomobilə minərək ərazidən uzaqlaşdılar".

O.M.