
Nazirlik xəbərdarlıq edir: "Səyahətə çıxarkən mütləq... "
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyi (MTN) bununla əlaqədar əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətə çıxanlar həmin şirkətə MTN tərəfindən turizm fəaliyyəti üçün lisenziyanın verilib-verilmədiyini öyrənsinlər, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələdə hər hansı problemlə qarşılaşanlar (012) 492-88-50 telefon nömrəsi vasitəsilə Anar Salmanov ilə əlaqə saxlaya bilərlər.
O.M.