Yağış yağacaq

Yağış yağacaq

11 İyul 2013 16:54
Bəyəndim (0) Bəyənmədim (0)
27 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 12-də gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 12-də rayonlarda hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

O.M.