İngiltərənin varisi ilə eyni gündə dünyaya gələnlərə pul veriləcək

İngiltərənin varisi ilə eyni gündə dünyaya gələnlərə pul veriləcək

11 İyul 2013 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Krallığının yeni varisi Şahzadə Vilyam və həyat yoldaşı Keytin övladları ilə eyni gün dünyaya gələcək körpələrə "gümüş peni" veriləcək. Oxumeni.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1127 illik Krallıq Zərbxanası İngiltərə Krallığının yeni doğulması münasibəti ilə həmin gün doğulacaq uşaqların ailəsinə xüsusi hazırlanan bir peni hədiyyə edəcək.
Dəyəri 28 sterlinq ( təqribən 50 manat) olan penilərin ingilislər üçün mənəvi dəyəri daha yüksəkdir. Gümüş penilər İyulun 13-də dünyaya gələcək qız uşaqlarına çəhrayı, oğlan uşaqlarına isə mavi kisələrdə veriləcək. Qeyd edək ki, İngiltərədə hər il orta hesabla 1983 körpə dünyaya gəlir.

O.M.