Lənkəran yandı

Lənkəran yandı

11 İyul 2013 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən axşam saat 21:00 radələrində Lənkəran şəhərində 3 yerdə naməlum səbəbdən yanğın baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğınlar müxtəlif ərazilərdə olub.Belə ki, "Gül bağı" deyilən ərazidə naməlum səbəbdən yanğın baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəb olunub. Elə həmin vaxt Sahil küçəsində də 2 yerdə yanğın olduğu bildirilib.Hadisələrdən biri avtomobil yolunda, digər yanğın isə dənizkənarı ərazidə baş verib. Hər üç yanğın zamanı ətrafda olan kol-kos alovlanıb. Yanğınların nə səbəbdən baş verməsi isə müəmmalı qalıb.

O.M.