Azərbaycanda faciə: qadın çayda boğuldu

Azərbaycanda faciə: qadın çayda boğuldu

11 İyul 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Xilasedicilər çayda çimən 71 yaşlı Xədicə Fəttahovanı xilas edə bilməyiblər.Azərbaycanda 71 yaşlı ağbirçək qadın kanalda çimərkən batıb.Oxumeni.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilir.Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş və axtarışlara başlayıblar. Hələlik axtarışlar nəticə verməyib.

O.M.