
Dövlət hesabına xaricdə oxumaq istəyənlərin nəzərinə!
Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir. Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, sənədlərin qəbulu avqustun 15-dək davam edəcək.Bu dövr ərzində nazirlik tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaqdır. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcəkdir.
O.M.
Digər xəbərlər