Dəlicəsinə vurulan 21 yaşlı oğlan yaşlı qadını qaçırtmaq istədi

Dəlicəsinə vurulan 21 yaşlı oğlan yaşlı qadını qaçırtmaq istədi

11 İyul 2013 09:37
744
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Ramanada baş verib

Ötən gecə Sabunçu rayonunda qeyri-adi hadisə baş verib. Dəlicəsinə vurulan 21 yaşlı gənc oğlan sevdiyi qadını qaçırtmaq qərarına gəlib. Bu barədə "Vesti.az"-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər. Belə ki, Ramana qəsəbəsinin "Südçülük" sovxozunda adam oğrulamq cəhdi törədilib. Daha doğrusu, 21 yaşlı yerli sakin Yəhya Əmirov 41 yaşlı Ulduz Abbasovanı qaçırmağa çalışıb. Hadisə U.Abbasovanın satıcı işlədiyi ərzaq mağazasının girişində baş verib.
Y.Əmirov təxminən saat 21:15 radələrində öz avtomobili ilə mağazaya gələrək, Abbasovanın işdən çıxmasını gözləyib. Qadın mağazadan çıxıb Əmirovun maşınına yaxınlaşanda gənc oğlan onu avtomobilə əyləşdirməyə çalışıb. Lakin qüvvələr qeyri-bərabər olub, həm də satıcı çəki baxımından Əmirovdan daha ağır imiş. Bundan başqa, Abbasovanın bacısı da ona köməyə gələrək, qadını ağlını itirmiş Y.Əmirovun əlindən güclə alıb. Sonuncu isə maşına əyləşərək, hadisə yerindən uzaqlaşıb.Qadınlar hadisə barədə "102" xidmətinə məlumat veriblər. Əməliyyatçılar aşiqi elə evinin qarşısında, maşından çıxarkən saxlayıblar.

O.M.