İstilər davam edəcək

İstilər davam edəcək

10 İyul 2013 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, cənub-şərq küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə iyulun 11-də hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur.Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

O.M.