
"Üç Tac" binalarından kişi özünü aşağı atmaq istədi
Bakıda naməlum kişi intihara cəhd edib.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə "Üç Tac" yaşayış binaları kimi tanınan ərazidə qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan bir nəfər həmin binalardan birinin 9-cu mərtəbəsindən özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır. Hələlik onu fikrindən daşındırmaq mümkün olmayıb.
O.M.
Digər xəbərlər