"O qızı Sabunçuda çoxları tanıyır”

"O qızı Sabunçuda çoxları tanıyır”

10 İyul 2013 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda qız üstündə baş vermiş davanın şok təfərrüatları

Dünən təxminən saat 20:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, İcra Hakimiyyətinin binasının qarşısında dava baş verib.

Dava nəticəsində 25 yaşlı yerli sakin – Tural Zeynalov döyülüb və onun Niva markalı avtomobili ciddi xəsarət alıb. Münaqişə isə qız üstündə baş verib. Bu barədə Vesti.az-a Sabunçu Rayon Polis İdarəsindən bildiriblər. Zərərçəkmişin bildirdiyinə görə, dünən təxminən 26 yaşı olan bu qız KİA Sorento markalı avtomobilin sükanı arxasına əyləşibmiş. "O, öz maşını ilə mənim yolumu kəsərək, heç nə olmamış kimi küçədə dayanan qadınla danışmağa başladı. Bu zaman mən, arxamda dayanmış digər sürücülər onun söhbətini nə vaxt bitirəcəyini və yolu açacağını gözləmək məcburiyyətində qaldılar. Mən qızdan maşını kənara çəkməyi və yolu açmağı xahiş etdim, lakin əvəzində o elə söyüş söydü ki, oğlan olsam da, utandığımdan qızardım" – deyə, Zeynalov danışır.

Onun sözlərinə görə, Sabunçu rayonunda həmin qızı çoxları tanıyırlar. Ona görə əvvəllər də gənc oğlanlar həbsə düşüb və ya təqdim olunmuş hesablara görə pul ödəməli olublar:

"O, özünü çox qudurğan şəkildə aparır".

Qeyd edək ki, dünən mətbuatda yayılan məlumata görə, Zeynalov guya qıza sataşırmış və buna görə də münaqişə başlayıb.

Lakin zərərçəkmişin bildirdiyinə görə, o, ciddi bir insandır və tanımadığı qadınlara, qızlara sataşmaq adəti yoxdur.

Əldə olunmuş məlumatlara görə, qız, rayonun hüquq-mühafizə orqanlarının yüksək rütbəli məmurlarından birinin yaxın tanışıdır. Düzü, məmurun adı bizə məlumdur, lakin şəxsi həyatın toxunulmazlığını nəzərə alaraq, onu göstərməyəcəyik.

"O, həmişə müxtəlif maşınları idarə edir. Qadınla söhbətini qurtarıb yoluna davam etdi, lakin bir qədər gedib başqa maşınla toqquşdu, buna görə də, yenidən yolun ortasında dayandı. Mən ona yaxınlaşdım və nə üçün belə rəftar etdiyini soruşdum. O isə daha pis söyüşlər söydü və əl-qol atmağa başladı. Məni vurmaq istəyirdi, lakin onun əlini tutdum və zərbənin qarşısını aldım. Mən artıq ona baş qoşmamaq və getmək istəyirdim. Bu zaman mənim mobil telefonuma zəng gəldi.

Telefonla danışarkən gördüm ki, bu qız kiməsə zəng edir. Heç bir neçə dəqiqə keçməmişdi ki, hadisə yerinə qızın qardaşı gəldi və mənə hücum etdi" – deyə, zərərçəkmiş bildirib.

O, Zeynalovu maşından çıxarıb. Elə maşından Zeynalovun evə apardığı pilləkən üçün sürahini çıxararaq, maşına ardıcıl zərbələr endirib. "Niva"nı ciddi şəkildə zədələyən qardaş bu dəfə Zeynalova hücum çəkib və onun bel nahiyəsində bir neçə zərbə endirib. Bu gün zərərçəkmiş işə gəlməyib, çünki özünü pis hiss edir.

Bununla yanaşı, Sabunçu RPİ-dən bildiriblər ki, faktla bağlı ittiham olunan 25 yaşlı Elşən Hacıyev əvvəllər 2 dəfə xuliqanlıq və yol-nəqliyyat qəzalarının törədilməsinə görə məsuliyyətə cəlb olunub. Lakin onun barəsində cinayət işi qaldırılmayıb. Faktla bağlı araşdırma aparılır.

Material hazırlanarkən isə məlum oldu ki, Hacıyev öz günahını etiraf edib, hərəkətlərinə görə Zeynalovdan üzr istəyib. O həmçinin vurulmuş bütün zərəri ödəməyi boynuna götürüb. Qıza gəldikdə isə, polisdən təsdiqləyiblər ki, o, əvvəllər də kişiləri davaya və digər qeyri-qanuni hərəkətlərə təhrik edib. /Oxu.az/

O.M.