Bu gecə üç qadın özünü öldürmək istədi

Bu gecə üç qadın özünü öldürmək istədi

10 İyul 2013 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakıda 3 qadın özünü öldürmək istəyib. Oxumeni.az-ın məlumatına görə, hadisə müxtəlif ərazilərdə baş verib.
Belə ki, Suraxanı rayonu Oqtay Şabanov küçəsində yaşayan 27 yaşlı A.M. 30 həb qəbul edib. Qadını huşsuz vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində A.M-nın həyatını xilas etmək mümkün olub.
Digər hadisə isə Suraxanı rayonu Südçülük savxozu ərazisində 38 yaşlı B.A. çoxlu sayda dərman qəbul edib. Onu da xəstəxanaya yerləşdiriblər.
Sonuncu intihara cəhd hadisəsi isə Binəqədi rayonu ərazisində olub. 29 yaşlı Ü.N. 3 qutu psixotrop dərman içib. Qadın ağır halda xəstəxanaya yerləşdirilib.
Hazırda hər 3 şəxsin vəziyyətləri orta-ağırdı. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

O.M.