Kran yaşayış evinin həyətinə aşdı

Kran yaşayış evinin həyətinə aşdı

10 İyul 2013 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda kran yaşayış evinin həyətinə aşıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. "QAZ" markalı avtokranın yaşayış evinin həyətinə aşması barədə nazirliyə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Sürücü yaralı vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.