Aeroport şossesində baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Aeroport şossesində baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

10 İyul 2013 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Aeroport şossesində baş verən yol qəzasında üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, yaralılar İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimovdur.Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində 3 nəfər ölüb.Hazırda ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Xatırladaq ki,aeroport şossesində bir neçə avtomobilin toqquşması nəticələnən yol qəzası baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saat saatlarında aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb.171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu bir neçə avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alanlar var.Qəza nəticəsində aeroport yolunda böyük tıxac yaranıb.Hazırda Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları aeroport yolunda nəqliyyatın hərəkətini bərpa edirlər.

O.M.