"Mercedes" azyaşlının üstündən keçdi

"Mercedes" azyaşlının üstündən keçdi

9 İyul 2013 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda azyaşlı uşaq faciəli şəkildə ölüb. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Elşən Əsgərov "Mercedes" markalı avtomaşını arxaya verərkən qonşusu, azyaşlı Ələmdar Məmmədlini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə. Məmmədli orada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

O.M.