 
    
    ABŞ-dan şok açıqlama
ABŞ gözlənilməz addım atıb. Belə ki Qəddafini hakimiyyətdən salmaq üçün göndərdiyi təyyarələri və Tomahavk raketlərini geri göndərib.
Pentaqondan verilən məlumata görə, NATO-nun hərbi əməliyyatlara başlaması ABŞ-ı belə bir qərar qəbul etməyə vadar edib. Ümumilikdə isə ABŞ Liviyada iki hərbi hava əməliyyatı keçirib.
Bundan sonra ABŞ yalnız kəşfiyyat məlumatlarının ötürülməsi ilə məşğul olacağını bildirib.
Rəsmi açıqlamalarda o da qeyd olunur ki, ehtiyac olacağı təqdirdə ordu yenidən Liviyaya göndərilə bilər.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































