Su bəndi 31 yaşlı kişini "uddu"

Su bəndi 31 yaşlı kişini "uddu"

9 İyul 2013 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 1982-ci il təvəllüdlü Miryasər Miryavər oğlu Nuriyev Cəlilabad rayonunun Fərzili kəndi ərazisindəki su bəndinə düşüb.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar.Miryasər Nuriyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:08-də başa çatıb.

O.M.