Bakıda daha bir avtobus qəzası baş verib

Bakıda daha bir avtobus qəzası baş verib

9 İyul 2013 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusu daha bir qəza törədib. Qaradağ Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə iyulun 8-də saat 21.00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində qeydə alınıb. Masallı rayon sakini Rahib Eyvazovun idarə etdiyi "Ford-Tranzit" markalı mikroavtobus yolun kənarındakı reklam dirəyinə çırpılıb. Nəticədə R.Eyvazov və sərnişinləri, Masallı rayon sakinləri - Sona Fərəcova, Simuzər Hüseynova, Ərşə Əhmədova, Cəlilabad rayon sakini Rövşən Abbasov və Yardımlı rayon sakini Seyvan İbayev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

O.M.