40 dərəcəlik istilər gəlir

40 dərəcəlik istilər gəlir

9 İyul 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
Sabaha olan hava proqnozu

İyulun 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal küləyi əsəcək, havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.İyulun 10-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.İyulun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.

İyulun 11-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

O.M.