Şamaxı Rəsədxanası: Ay iyulun 8-də saat 12:16-da təzələnib

Şamaxı Rəsədxanası: Ay iyulun 8-də saat 12:16-da təzələnib

9 İyul 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası insanların təzələnən yeni ayı görə bilməməsinə aydınlıq gətirib.Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Apa-ya açıqlamasında deyib ki, ay ötən gün saat 12:16-da təzələnib.Onun sözlərinə görə, ay günəşlə bir düz xətt üzrə olanda deyirlər ki, ay təzələnib: "Bu da ötən gün baş verib. Ancaq onun görünməsi üçün gərək konfiqurasiyadan çıxa ki, biz onun işıqlı hissəsinin müəyyən hissəsini görə bilək. Bu isə iyulun 10-na təsadüf edəcək. İyulun 10-da hava şəraiti imkan versə, hər bir insan yeni ayı görə biləcək".

Qeyd edək ki, Azərbaycanda Ramazan ayının başlanması ilə əlaqədar fətvanın verilməsi Qafqaz Müsəlmanları İdarəsinin hüququdur. İdarənin fətvasına əsasən isə Ramazan ayı iyulun 10-dan başlayır.

O.M.