
Astma xəstəliyinə dözə bilməyən 77 yaşlı kişi çarəni ipdə tapdı
Ceyranbatanda intihar hadisəsi baş verib. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1936-cı il təvəllüdlü Ağamehdi Əbdül oğlu Ələkbərov yaşadığı evdə özünü qaz borusundan asaraq intihar edib.Prokurorluqdan bildirilib ki, mərhum astma xəstəliyindən əziyyət çəkirmiş.
O.M.
Digər xəbərlər