"28 May" metrosunda dəhşətli qəza

"28 May" metrosunda dəhşətli qəza

9 İyul 2013 00:07
Bəyəndim (0) Bəyənmədim (0)
20 yaşlı gəncin başı parçalandı

Bu dəqiqələrdə "28 May" metrostansiyasında xoşagəlməz hadisə baş verib. Belə ki, təxminən 20 yaşlı gənc qatarı gözləyərkən ehtiyatsızlıqdan yaralanıb. Oxumeni.az-ın əməkdaşı İsa Rəvanın hadisə yerindən verdiyi xəbərə görə, gənc oğlan bu gün işləyən sonuncu qatara minməyə hazırlaşıb. Bu zaman qatarın güzgüsü onun başına zərblə dəyib. Yaralıya ətrafdakı sərnişinlə ilkin yardım göstərməyə çalışıblar. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

O.M.