Ötən ay atəşkəs 186 dəfə pozulub

Ötən ay atəşkəs 186 dəfə pozulub

8 İyul 2013 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Cari ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 186 dəfə pozulub.Apa-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, iyun ayında cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan ordusu itki verməyib.

İyun ayında atəşkəsin ən çox pozulduğu ərazi cəbhənin Füzuli rayonu istiqaməti olub. Bu istiqamətdə atəşkəs rejiminin pozulmasına dair 57 fakt qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs rejimi Ağdam rayonu istiqamətində 40, Goranboy rayonu istiqamətində 23, Xocavənd rayonu istiqamətində 16, Tərtər rayonu istiqamətində 21, Cəbrayıl rayonu istiqamətində 4, Göygöl rayonu istiqamətində 2 dəfə pozulub.

Bundan başqa, Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində atəşkəs rejiminin 13, Gədəbəy rayonu istiqamətində 6, Tovuz rayonu istiqamətində 3, Daşkəsən rayonu istiqamətində isə 1 dəfə pozulması faktı qeydə alınıb.

Qeyd edək ki, cari ilin birinci yarısında - yanvar-iyun aylarında cəbhədə 922 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186) qeydə alınıb. Ümumilikdə dəqiqləşdirilmiş məlumatlara görə, cari ilin ilk 6 ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub. Azərbaycan snayperləri tərəfindən isə Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib.

O.M.