Təhsil Nazirliyi "Facebook" və "Tvitter"də

Təhsil Nazirliyi "Facebook" və "Tvitter"də

8 İyul 2013 11:24
Bəyəndim (0) Bəyənmədim (0)
Yalnız qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.

Təhsil Nazirliyinin Facebook (http://www.facebook.com/tehsil.gov.az) və Twitterdə (https://twitter.com/tehsilgovaz) rəsmi səhifələri yaradılıb.

Oxumeni.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.

Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərsinlər.

Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin Facebook və Twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.

O.M.