Bakıdakı “Formula-2” yarışının iki qayığı qəzaya uğradı

Bakıdakı “Formula-2” yarışının iki qayığı qəzaya uğradı

8 İyul 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən "Formula-2" yarışı zamanı qəza baş verib. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb. Qəza Səbail rayonu, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə "Formula-2" yarışmasında iştirak edən qayıqlardan ikisisinin iştirakı ilə baş verib.
Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıblar. Əməliyyat saat 18:35-də başa çatıb.

O.M.