Binədə avtomobillə motosiklet toqquşub: ölən var

Binədə avtomobillə motosiklet toqquşub: ölən var

6 İyul 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Binə qəsəbəsində qeydə alınıb. Tərlan Ağayevin idarə etdiyi "VAZ 21-06" markalı avtomobillə Vladimir Lazarenkonun idarə etdiyi motosiklet toqquşub. Xəsarət alan Vladimir Lazarenko və sərnişini Fuad Allahverdiyev xəstəxanaya yerləşdirilib.V. Lazarenkonun həyatını xilas etmək mümkün olmayıb.

O.M.