
Yer-göy qovrulacaq
Temperatur yüksəlir - 38-40 dərəcə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 7-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 7-də də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-40 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 23 -28 dərəcə isti olacaq.
O.M.
Digər xəbərlər