
Yenilik! Ordunu qadın idarə edəcək
Venesuela prezidenti admiral Karmen Melendesi ölkənin müdafiə naziri təyin edib.
APA-nın məlumatına görə, bununla da Venesuela tarixində ilk dəfə orduya qadın rəhbərlik edəcək. 51 yaşlı Karmen Teresa Melendes Rivas 1979-cu ildən Venesuela ordusunda xidmət edib. O admiral rütbəsinə Uqo Çavesin hakimiyyəti dövründə yüksəlib. Sabiq prezidentin ən yaxın tərəfdarlarından biri olan Melendes orduda müxtəlif yüksək vəzifələr tutub. O müdafiə naziri postunda Dieqo Moleronu əvəzləyəcək.
O.M.
Digər xəbərlər