1981-ci
il: Tayvanlı məşhur cüdo müəllimi Cimi Vu
Səudiyyə Ərəbistanı Cüdo Milli komandasında işləyirdi. Bir gün uzun boylu,
saqqallı bir gənc yanına gəldi. 24 yaşlı
bu gənc, "Müəllimim, mən cüdo öyrənmək istəyirəm", - dedi. Boyunun
uzun olmasına baxmayaraq, onun bu idmanla məşğul ola
biləcəyinə qərar verən təcrübəli müəllim isə, "oldu", -
deyib, gənci komandaya götürdü.
İllər keçəndən sonra Cimi Vu o şagirdin
Usama Ben Laden olduğunu öyrəndi. Arxivindəki fotoşəkilləri və görüntüləri çıxarıb,
"Bu Usama idi, o dövrdə mənim cüdo komandamda şagirdim olub. Ona cüdonu
mən öyrətmişəm", - dedi.
Müəllimin Usama deyə iddia etdiyi gəncin foto
şəkli ilə Ladenin foto şəklini yan-yana
qoyuldu. Çox, çox bir bənzərlik olmasa da, tayvanlı cüdo müəllimi iddiasını
sübut etmək üçün videoları tək-tək araşdırdı. Bir qrup gəncin cüdo
məşqi edərkən çəkilən videosunda israrla, "Usama məhz budur", -
dedi.
Müəllim o günləri izah edərkən,
"Mən adının yalnız Usama olduğunu bilirdim. Ardını - Ben Laden olaraq
illər sonra eşitdim. Hətta 11 sentyabr hadisələrindən sonra mənə gəlib,
"Cimi, bax, sənin Usaman gör nələr edib?"- dedilər", - bildirir.
Bir
azdan deyəcəklər ki, Usama Ben Laden elə Barak Obama imiş...
Günel
Həbib
O.M.