Cəbhədə gecə atışma olub

Cəbhədə gecə atışma olub

6 İyul 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.Düşmən cavab atəşi ilə susdurulub.

O.M.