İki nəfəri ilan sancıb, vəziyyətləri ağırdır

İki nəfəri ilan sancıb, vəziyyətləri ağırdır

5 İyul 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu həftə 2 nəfəri ilan, 1 nəfəri əqrəb, 2 nəfəri hörümçəyin zəhərli növü olan qara qurd sancıb.

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.

Azər Maqsudov Şəmkir və Salyanda ilan sancan şəxslərin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiklərini, vəziyyətlərin hələ də ağır olaraq qaldığını bildirib.Əqrəb sancan şəxsin vəziyyətində ağırlaşma qeydə alınmayıb. Qara qurd sancan şəxslərin birinin isə vəziyyətində ağırlaşma müşahidə olunsa da, həkimlərin səyi nəticəsində durumu yaxşılaşıb.

O.M.