Sabahdan temperatur yüksələcək

Sabahdan temperatur yüksələcək

5 İyul 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
33-35 dərəcə isti olacaq

İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

İyulun 6-da gündüz Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazisində leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

O.M.