Bakıda şirkətdə işləyən 34 yaşlı Çin vətəndaşı öldü

Bakıda şirkətdə işləyən 34 yaşlı Çin vətəndaşı öldü

5 İyul 2013 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 4-də Bakının Sabunçu rayonunda xarici ölkə vətəndaşı iş başında ölüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Maştağa qəsəbəsi, "gülçülük sovxozu" adlanan ərazidə "AZ Cin" MMC-nin əməkdaşı Çin Xalq Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Fink Ya Li qəfil ölüb. 34 yaşlı Çin vətəndaşı MMC-nin yeməkxanasında qəfil yıxılıb. Təcili tibbi yardıma müraciət edilsə də, Fink Ya Linin artıq keçindiyi məlum olub. Faktla bağlı araşdırmalar aparılır.

O.M.