Şadlıq sarayında faciə: ölən var

Şadlıq sarayında faciə: ölən var

5 İyul 2013 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda şadlıq saraylarından birində ölümlə nəticələnən faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yenicə kəndi ərazisində yerləşən "Ləman" şadlıq evində Şahmar Bayramovu elektrik cərəyanı vurub. O hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, hadisə Ş.Bayramovun dəmir nərdivanı divara söykəyərək şadlıq sarayının üstünə çıxdığı vaxt baş verib. Bu zaman elektrik naqili nərdivana toxunub və izolyasiya edilmədiyinə görə cərəyan ötürülüb.Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.