Cəlilabadda 29 yaşlı gənci başından ilan sancdı

Cəlilabadda 29 yaşlı gənci başından ilan sancdı

5 İyul 2013 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda 29 yaşlı gənci ilan sancıb. Hadisə Adnalı kəndində baş verib. 1984-cü il təvəllüdlü Allahverdi Nuruyev səhər həyətlərindəki dama girmək istəyərkən qəfildən damın tavanından çıxan ilan onun başının sağ hissəsini sancıb.İlanı əlilə başıbdan kənarlaşdıran Alahverdi bir anda hüşünü itirib yerə yıxılsa da, qışqırmaqla valideynlərini köməyə çağırıb.
Oğlunun qışqırıq səsinə gələn Aslan Nuruyev dərhal Allahverdini xəstəxanaya çatdırıb. Xəstəyə ilan sancmasına qarşı zərdab vurulub. Beləliklə onun həyatını xilas etmək mümkün olub.
Hazırda Alllahverdi Nuruyevdə müəyyən narahatlıqlar olsa da, səhhəti normallaşmağa doğru gedir.

O.M.