
Avtobus, "Ford" və təhlükəli yük daşıyan maşın toqquşub
Bakıda zəncirvari qəza baş verib.
Qaradağ Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Bakı dairəvi yolunda qeydə alınıb. Qəza zamanı Bakı –Qazax istiqamətində hərəkət edən xətt avtobusu, "Ford" markalı yük maşını, "AZPETROL" şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub. Qəza zamanı bir nəfər azyaşlı uşaq xəsarət alıb. Hadisə zamanı ərazidə böyük tıxac yaranıb.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər