Bakı çimərliyini gürzə basıb

Bakı çimərliyini gürzə basıb

4 İyul 2013 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Şüvəlan qəsəbəsindəki çimərliklərindən birində zəhərli ilanlar çoxalıb. Bu barədə qəsəbə sakinləri Day.az-a məlumat veriblər: "Dünən Şüvəlandakı çimərlikdə idik. Oğlumun maşınının kapotunun altına gürzə girdi. O, kapotu açanda ilanı mühərrikin üstündə gördü. Fövqəladə Hallar Nazirliyinə zəng vurduq. Orada dedilər ki, belə məsələlərlə məşğul olmurlar. İlanı su, səs-küy, sarımsaq vasitəsilə qovmaq istədik, alınmadı", - deyə kənd sakini bildirib.
Məsələ ilə əlaqədar Bioloji Müxtəliflik Mərkəzinin direktoru Təvəkkül İsgəndərov bildirib ki, ölkədə əhaliyə ərazinin ilanlardan təmizlənməsi üçün pulsuz xidmət göstərən struktur yoxdur: "Bizim strukturlar vətəndaşlara pullu xidmət göstərir. Bu və digər şəxslə ərazinin ilanlardan təmizlənməsi ilə bağlı müqavilə imzalayırıq. İşə görə ödəniş ərazinin sahəsindən asılıdır. Oxucuya yardım etməyə hazırıq. Mənimlə əlaqə yaratsın, bütün gərəkli tədbirləri görərik".

O.M.