Yağıntı və külək kəsilir

Yağıntı və külək kəsilir

4 İyul 2013 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
Hava proqnozu

İyulun 5-də günün ikinci yarısından Azərbaycan ərazisində yağıntılar tədricən kəsiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, ayın 6-dan başlayaraq ölkə ərazisində əsasən hava şəraiti yağmursuz keçəcək. Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.

Ölkə ərazisində sərin və küləkli hava şəraiti müşahidə olunsa da, iyulun 3-də Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə yüksək olub.

O.M.